20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Palata sədri: “Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərə hazırdır"
Tarix: 11-03-2020 16:05 | Bölmə: İqtisadiyyat
Palata sədri: “Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərə hazırdır"

"Büdcə layihəsinə rəy verərkən, büdcə dayanıqlığı ilə bağlı mümkün riskləri də göstərmişdik. Bu risklər daimi var. Əsas məsələ bu risklərin hökumət tərəfindən səmərəli idarə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsidir. Hesab edirik, Azərbaycan hökuməti buna hazırdır".

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərin neftin qiymətinin kəskin azalmasının büdcə dayanıqlığına təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.

"Eyni zamanda qiymətlərin də uzun müddət aşağı səviyyədə qalacağını düşünmürük", - deyə o əlavə edib.

V. Gülməmmədov bildirib ki, Hesablama Palatası strateji inkişaf proqramına uyğun fəaliyyət göstərir: "Bütün fəaliyyətimiz dövründə dövlət vəsaitləri üzərində səmərəli nəzarətin qurulması önəm daşıyan məsələdir. Palatanın fəaliyyəti də məhz bunun üzərində qurulub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər