BƏƏ apreldə neft hasilatını və istehsal gücünü artıracaq
Tarix: 11-03-2020 16:15 | Bölmə: İqtisadiyyat
BƏƏ apreldə neft hasilatını və istehsal gücünü artıracaq

Birləşmiş Ərəb Əmirliklərinin neft şirkəti ADNOC aprel ayından etibarən gündəlik neft hasilatını 1 milyon barel, istehsal gücünü isə 5 milyon barel/günə qədər artıracaq.

Bu barədə şirkətin bəyanatında deyilir.

“Ali Neft Şurası tərəfindən təsdiqlənmiş strategiyamıza uyğun olaraq, aprel ayında bazara sutkada 4 milyon bareldən çox neft çıxarmaq niyyətindəyik. Üstəlik, istehsal gücümüzü hazırkı 3 milyon barel/gündən 5 milyona qədər artıracağıq”, - şirkətin açıqlamasında bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur