20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ: OPEC ölkələrində neft hasilatı artacaq
Tarix: 11-03-2020 18:31 | Bölmə: İqtisadiyyat
ABŞ: OPEC ölkələrində neft hasilatı artacaq

OPEC ölkələrində gündəlik neft hasilatı cari ilin aprel-dekabr ayları ərzində 0,5 milyon barel artaraq 29,2 milyon barelə çatdırılacaq.

Belə bir proqnoz ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EİA) hesabatında yer alıb.

Hesabat müəlliflərinə görə, adıçəkilən ölkələrdə 2021-ci ildə hasilat 29,4 milyon barelə çatdırılacaq. Belə bir proqnoz OPEC ölkələrinin OPEC+ sövdələşməsinə dair danışıqların uğursuzluğundan sonra artıq dünya neft bazarını tarazlaşdırmaq yox, həmin bazarda daha çox pay qoparmaq üçün səy göstərəcəkləri ehtimalına əsaslanır.

Həmçinin “Brent” markalı neftin qiymətinə dair də bütövlükdə cari il üçün 61,25 ABŞ dolları əvəzinə, ikinci rüb üçün 37 ABŞ dolları, ilin ikinci yarısı üçün 42 ABŞ dolları, 2021-ci il üçün isə 55 ABŞ dolları səviyyəsində proqnoz verilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər