20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda gündəlik neft hasilatı azalacaq
Tarix: 11-03-2020 18:42 | Bölmə: İqtisadiyyat
Azərbaycanda gündəlik neft hasilatı azalacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

OPEC-in mart ayı üzrə hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq. Yeni proqnoza görə, 2020-ci ildə ölkədə gündəlik neft hasilatı təxminən 770 min barel təşkil edəcək.

Qeyd edək ki, OPEC-in öncəki hesabatında bu il Azərbaycanda gündəlik neft hasilatının 10 min barel artacağı və 800 min barel olacağı qeyd edilmişdi.

Hesabatda qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 20 min barel azalaraq 790 min barel təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər