Oqtay Əsədov Ziyаfət Əsgərovun tabeliyində işləyəcək - Milli Məclisdə
Tarix: 12-03-2020 15:05 | Bölmə: İqtisadiyyat
Oqtay Əsədov Ziyаfət Əsgərovun tabeliyində işləyəcək - Milli Məclisdə

Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.

Parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.

Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}