20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Neftin qiymətinin düşməsi Azərbaycanın büdcəsinə 270 milyon dollar təsir edə bilər - Komitə sədri
Tarix: 13-03-2020 13:09 | Bölmə: İqtisadiyyat
Neftin qiymətinin düşməsi Azərbaycanın büdcəsinə 270 milyon dollar təsir edə bilər

“Bu gün dünyada epidemiyanın yayılması, dövlətlər arasındakı gərginlik səbəbindən neftin qiyməti 35 dollara enib. İlkin hesablamalara görə, epidemiyanın yayılmasının iqtisadiyyata mənfi təsiri iyun ayında bitəcək”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin toplantısında deyib.

Komitə sədri əlavə edib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər immunitet qazanıb: “2015-ci ildə yaşanan neft şokundan sonra atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun inkişafı bu immuniteti yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalmaq və xarici şoklardan qorunmaq imkanları var. Təxmini hesablamalara görə, neftin qiymətinin 30-35 dollar civarında qalması dövlət büdcəsinə təxminən 270 milyon dollar təsir edə bilər. Hesab edirəm ki, bu da ciddi problem deyil”.

Tahir Mirkişili sonda Azərbaycan xalqına müraciət edərək narahatlığa əsas olmadığını, dollar almaq üçün bankların qarşısında dayanmağın mənasız olduğunu deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər