20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əmanətlərin sığortalanması müddəti uzadılıb
Tarix: 13-03-2020 13:46 | Bölmə: İqtisadiyyat
Əmanətlərin sığortalanması müddəti uzadılıb

Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi müzakirə olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib.

Komitə sədri bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb: “Prezident İlham Əliyevin imzası ilə daxil olan yeni sənəddə əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur”.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər