20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
FED təhlükə səbəbindən baza faiz dərəcəsini endirdi
Tarix: 16-03-2020 02:05 | Bölmə: İqtisadiyyat
FED təhlükə səbəbindən baza faiz dərəcəsini endirdi

ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilir ki, koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. “Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər