20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib
Tarix: 16-03-2020 12:46 | Bölmə: İqtisadiyyat
Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyyələrini nəzərə alaraq Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bunula bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Reyting.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur. Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın.

Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətə əlavə edərək [email protected] elektron ünvanına göndərilə bilər.

Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır:

• Müraciət edən şəxsin adı, soyadı, atasının adı;

• Müraciət edən şəxsin əlaqə məlumatları.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirilə bilər.

Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndərilə bilər.

Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almaq mümkündür.

Əlaqə nömrəsi: (+99412) 403 88 84




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər