20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Koronavirusa görə 1 trilyon ayrılacaq - Beynəlxalq Valyuta Fondundan açıqlama
Tarix: 16-03-2020 17:32 | Bölmə: İqtisadiyyat
Koronavirusa görə 1 trilyon ayrılacaq - Beynəlxalq Valyuta Fondundan açıqlama

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusun (Covid 19) humanitar və iqtisadi təsiri ilə mübarizə aparan dünya ölkələrinə yardım məqsədilə 1 trilyon ABŞ dolları məbləğində kredit paketini aktivləşdirə bilər.

“İlk addım olaraq IMF təcili ödəmələrə ehtiyacı olan ölkələrə yardım edə bilər. Hazırda IMF-in 40 layihə çərçivəsində təxminən 200 milyard ABŞ dolları məbləğində birləşdirilmiş öhdəlikləri var”, - IMF-in direktoru Kristalina Georgiyeva bildirib.

O qeyd edib ki, kreditləşmə, ilk növbədə, qurumun üzvlərinə və xüsusən inkişaf etməkdə olan dövlətlərə yardım etmək üçün istifadə edilə bilər.

“Kredit paketi ən kasıb ölkələrin səhiyyə xərclərinə, onların borc yükünü məhdudlaşdırma və yüngülləşdirməklə həyati qaynaqlara çatmasını asanlaşdıra bilər”, - K.Georgiyeva əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər