20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Vətəndaşların kreditləri ilə bağlı təkliflər hazırlanır
Tarix: 23-03-2020 23:15 | Bölmə: İqtisadiyyat
Vətəndaşların kreditləri ilə bağlı təkliflər hazırlanır

“Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır”. 

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı var ki, iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimumlaşdırmaq üçün təkliflər verilib, İşçi qrupu formalaşdırılıb: “İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.

Hökumət sözçüsünün sözlərinə görə, Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq: “Bunun hansı formada olacağı təkliflərdən asılı olacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər