Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 milyona yaxın vəsait toplanıb
Tarix: 28-03-2020 12:44 | Bölmə: İqtisadiyyat
Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 milyona yaxın vəsait toplanıb

Martın 27-si saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.

Reyting.az
xəbər verir ki, milli valyuta ilə yığılmış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.

Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 avro və 500 ingilis funt-sterliqini isə fiziki şəxslər ödəyib.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur