Azərbaycana tütün və tütün məmulatlarının idxalı azalıb
Tarix: 30-03-2020 18:36 | Bölmə: İqtisadiyyat
Azərbaycana tütün və tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 10,811 mln ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Reyting.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,761 mln ABŞ dolları və yaxud 34,76% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,6%-ni təşkil edib.

Bu ilin 2 ayı ərzində Azərbaycandan 1,808 mln ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 915,77 min ABŞ dolları və yaxud 33,62% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,06%-nə bərabər olub.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}