14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Zakir Nuriyev: "Dollar satışı məhdudlaşdırılmayıb"
Tarix: 01-04-2020 15:08 | Bölmə: İqtisadiyyat
Zakir Nuriyev: "Dollar satışı məhdudlaşdırılmayıb"

"Azərbaycan bankları ABŞ dollarının satışını məhdudlaşdırmayıb".

Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bundan sonra ölkə vətəndaşlarına ildə bir dəfə ABŞ dolları satılacağı ilə bağlı yayılmış məlumata münasibət bildirərkən deyib.

"Bu, düzgün məlumat deyil. Həmişəki kimi, vətəndaşlar 500 ABŞ dollarına qədər xarici valyutanı şəxsiyyət vəsiqəsi ilə, 500 ABŞ dollarından 20 000 ABŞ dollarına qədər xarici valyutanı blank doldurmaqla, 20 min ABŞ dolları və ondan artıq xarici valyutanı isə vəsaitin mənbəyi ilə bağlı sənədləri təqdim etməklə ala bilərlər. Bundan başqa, hər hansı yeni bir qərar yoxdur. Sadəcə vətəndaşlar karantin rejiminin şərtlərini əməl etməklə, istənilən bankda istənilən qədər valyuta mübadisəsi əməliyyatı aparsınlar", - o qeyd edib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}