14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Peskov: “Rusiya və OPEK arasında neft danışıqları gündəmdə deyil”
Tarix: 02-04-2020 16:02 | Bölmə: İqtisadiyyat
Peskov: “Rusiya və OPEK arasında neft danışıqları gündəmdə deyil”

OPEK ilə başa çatan neft hasilatını azaltmağa dair anlaşmanı yeni bir razılaşma ilə əvəz etmək gündəmdə deyil.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı neftlə bağlı fikir mübadiləsi aparılıb.

Dünya bazarında neftin indiki durumundan məmnun olmadıqlarını qeyd edən Peskov əlavə edib ki, bu mövzuda beynəlxalq səviyyədə təmaslar davam edir.

Vladimir Putinin proqramında Səudiyyə Ərəbistanı ilə müzakirələrin yer almadığını qeyd edən Dmitri Peskovun sözlərinə görə, OPEK ilə son verilən neft hasilatının azaldılmasına dair müqavilənin yenisi ilə əvəz edilməsi nəzərdə tutulmur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı liderliyində OPEK ilə Rusiya liderliyindən OPEK-dən kənar neft istehsal edən ölkələr arasında neftin istehsalını azaltmağa dair anlaşma dünən başa çatıb.

Beləcə, dünya bazarında əsas neft oyunçuları arasında hələlik anlaşma yoxdur. Digər tərəfdən, CAVİD-19-un qlobal iqtisadiyyata ölümcül zərbələr vurması nəticəsində neftə olan tələbat aşağı düşür. Bu isə neftin qiymətdən düşməsi ilə müşayiət olunur.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}