20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Vüqar Bayramov: “Hökumətin sosial paketindən daha çox vətəndaşımız yararlana biləcək” - Video
Tarix: 06-04-2020 23:34 | Bölmə: İqtisadiyyat
Vüqar Bayramov: “Hökumətin sosial paketindən daha çox vətəndaşımız yararlana biləcək”

Nazirlər Kabineti Tədbirlər Planını təsdiqlədikdən sonra vətəndaşlarımızı ən çox maraqlandıran suallardan biri də koronavirus pandemiyasınadək əmək müqaviləsi olmadan çalışanlara hansı dəstəyin veriləcəyi ilə bağlıdır.

Reyting.az
xəbər verir ki, Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bununla bağlı sualları cavablandırıb.

Onun sözlərinə görə, hər bir işçinin leqal sektorda əmək müqaviləsi ilə çalışması daha arzuolunandır.

V. Bayramov bildirib ki, 2019-cu ildə gizli iqtisadiyyatın miqyası ciddi şəkildə azalsa da, yenə də qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımız var.

“Azərbaycan Prezidentinin koronavirusun sahibkarlara və eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tapşırığı hər bir vətəndaşa dəyən ziyanın azaldılması ilə əlaqədardır. Məhz bu səbəbdən də cənab Prezidentin tapşırığı ilə koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlərin büdcəsi 1 milyard manatdan 2.5 milyard manatadək artırıldı. Bu isə yardımların daha çox vətəndaşımızı əhatə etməsinə imkan yaradacaq:

“Müqaviləsiz işləyən vətəndaşlarımız üçün nə təklif edirik? 2020-ci il martın 10-dək əmək müqaviləsi olmadan çalışan və Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olmayan vətəndaşarımızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında elektron qeydiyyatı həyata keçirməsi məqsədəuyğun olardı. Əmək müqavilələrinin elektron olduğunu nəzərə alsaq, bu baxımdan qeyri-leqal sektorda çalışanların qeydiyyat prosesinin təşkili texniki baxımdan çətin deyil. Məsələn, əgər vətəndaşımız şadlıq sarayında aşbaz kimi əmək müqaviləsi olmadan çalışırdısa və koronavirusa görə iş yeri müvəqqəti olaraq bağlanıbsa, o zaman həmin şəxsə qeydiyyatdan keçmək və yardım almaq imkanının tanıdılması məqsədəuyğun olardı. Bu zaman həmin vətəndaşlara aprel və may aylarında aylıq 190 manat birdəfəlik yardımın ödənilməsi mümkündür. Bu daha çox vətəndaşımızın yardımlardan yararlanmasına imkan verəcək”.

V. Bayramov bildirib ki, sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşımızın gəlirlərinə təsirlərinin minmumlaşdırılmasına imkan verəcək.

Reyting.az V. Bayramovun bununla bağlı çıxışını təqdim edir:





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər