20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hökumət tibbi maskaların baha olmaması üçün subsidiya ayırır
Tarix: 10-04-2020 11:46 | Bölmə: İqtisadiyyat
Hökumət tibbi maskaların baha olmaması üçün subsidiya ayırır

Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır:

“Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər