20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa Şurasının baş katibi: "Sosial sistemi gücləndirməliyik"
Tarix: 10-04-2020 15:50 | Bölmə: İqtisadiyyat
Avropa Şurasının baş katibi: "Sosial sistemi gücləndirməliyik"

Avropa Şurası (AŞ) qitənin COVID-19 pandemiyasından daha çox zərər çəkən ölkələrinə kömək etməyə hazırdır.

TASS xəbər verir ki, bu barədə AŞ-nin baş katibi Mariya Peyçinoviç-Buriç onlayn keçirilən Peterburq Beynəlxalq Hüquqi Forumunda bildirib.

“Ən çox zərər çəkmiş ölkələrin səhiyyə sistemi gözləmədiyimiz fövqəladə vəziyyətdə fəaliyyətə hazır olmadıqlarını göstərdi. Odur ki, Avropa Sosial Xartiyası, Moskva Xartiyası, Biotəbabət Konvensiyası, habelə Avropa Farmakopeyası kimi mövcud mexanizmləri işə salaraq zəif bəndləri gücləndirməyin yollarını tapmalıyıq. Biz belə köməyə hazırıq”, - deyən diplomat hazırkı böhran üzündən Avropada iqtisadiyyatın və sosial təminatlar sisteminin təhlükə altında olduğunu diqqətə çatdıraraq əvvəllər firavan olan ölkələrdə belə son vaxtlar işsizliyin kəskin artmasını xatırladıb:

“Maliyyə çətinliklərinin həssaslığın artmasına, sosial sarsıntılara səbəb ola biləcəyini anlayırıq. Odur ki, sosial hüquqları qorumağa yönələn mexanizmləri gücləndirmək üçün üzv dövlətlərimizlə birgə çalışmalıyıq”.

Qeyd edək ki, Avropa məkanının maliyyə nazirləri koronavirus pandemiyası nəticəsində Avropa İttifaqı ölkələrinin qarşıdakı iki həftə ərzində iqtisadi resesiyaya qədəm qoyacağı qənaətinə gəliblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər