20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Koronavirus pandemiyası ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib" - Nazirlik
Tarix: 11-04-2020 12:21 | Bölmə: İqtisadiyyat
"Koronavirus pandemiyası ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib" - Nazirlik

"Koronavirus (COVID-19) pandemiyası sənaye sektorunu əhatə etsə də, ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib".

Bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

Onun sözlərinə görə, bu səbəbdən həmin fəaliyyət sahələrinə dövlət dəstəyi nəzərdə tutulmayıb.

"Pandemiyanın təsirində olan digər sektorlar ticarət, xidmət və nəqliyyat sektorlarıdır. Ticarət sektor üzrə dəstək veriləcək fəaliyyət sahələrinə topdan və pərakəndə satış aiddir, amma burada da ərzaq və dərman satışı istisna edilib. Xidmət sektoruna gəlincə, bura turagentlər, turoperatorlar, otellər və bu tipli yerləşmə vasitələri, hazırlıq kursları və uşaq hazırlıq mərkəzləri aiddir. Nəqliyyat sektoruna isə şəhərdaxili və şəhərətrafı sərnişindaşıma, o cümlədən taksi fəaliyyəti də daxildir”, - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər