20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Sahibkarların hesabına pul köçürülüb
Tarix: 13-04-2020 12:58 | Bölmə: İqtisadiyyat
Sahibkarların hesabına pul köçürülüb

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1983 vergi ödəyicisinə 3 mln. 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2 mln. 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8 mln. 939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib:

"Koronavirus (COVİD-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər