20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyada COVID-19-dan zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək
Tarix: 13-04-2020 14:08 | Bölmə: İqtisadiyyat
Rusiyada COVID-19-dan zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək

Rusiyada koronavirus (COVID-19) infeksiyasından zərər çəkmiş iqtisadiyyatın sahələrindən olan kiçik və orta sahibkarlıq qarşıdakı 6 ay ərzində onlar üçün yaranmış öhdəliklərdən - illik vergi və rüsumların ödənilməsi təxirə salınacaq.

Bu barədə "İnterfaks" agentliyi Rusiyanın Baş naziri Mixail Mişustinə istinadən xəbər verir.

Hökumət başçısı qeyd edib ki, artıq müvafiq qanun layihəsi hazırdır.

“Onların altı aylıq gecikmə müddəti bitdikdən sonra, hər şeyi dərhal, bir anda ödəmələrinə ehtiyac qalmayacaq", - Mişustin bildirib.

Onun sözlərinə görə, təxirə salınma müddəti bitdikdən sonra, ödənişləri il ərzində, yəni 2021-ci ilin sonunadək bərabər hissələrdə ödəmək mümkün olacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər