20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha 20 min işsiz üçün birdəfəlik vəsait köçürülüb
Tarix: 13-04-2020 23:00 | Bölmə: İqtisadiyyat
Daha 20 min işsiz üçün birdəfəlik vəsait köçürülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan 20 min şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.

Həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan alacağı bildiriləcək.

İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.

Qeyd edək ki, aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər