20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
25 ölkənin IMF-yə olan borcunun ödənilməsinə dəstək veriləcək
Tarix: 14-04-2020 10:29 | Bölmə: İqtisadiyyat
25 ölkənin IMF-yə olan borcunun ödənilməsinə dəstək veriləcək

“Fəlakətlərin Təsirinin Məhdudlaşdırılması və Borcların Azaldılması” fondu (CCRT) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 25 üzv ölkəyə təcili borc verəcək.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva bildirib.

Onun sözlərinə görə, söhbət Əfqanıstan, Benin, Burkina Faso, Mərkəzi Afrika, Çad, Komor, Demokrtatik Konqo, Qambiya, Qvineya, Qvineya-Bisau, Haiti, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao Tome-Prinsip, Sierra Leone, Solomon Adaları, Tacikistan, Toqo və Yəməndən gedir. Məqsəd həmin ölkələrin IMF-ə olan borclarını ödəməsidir.

Bunun üçün yaxın 6 ay ərzində 500 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq. Əvəzində həmin ölkələr öz imkanlarını virusla mübarizəyə sərf edəcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər