20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin adları açıqlanıb - Siyahı
Tarix: 14-04-2020 19:42 | Bölmə: İqtisadiyyat
Dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin adları açıqlanıb

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir.

Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib (siyahılar mütəmadi olaraq yenilənəcək).

İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

İqtisadiyyat Nazirliyi: My Webpage

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: My Webpage

Bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin pandemiyadan zərər çəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər