20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Goldman Sachs": "Neft bazarında canlanma olacaq"
Tarix: 21-04-2020 18:16 | Bölmə: İqtisadiyyat
"Goldman Sachs": "Neft bazarında canlanma olacaq"

"Goldman Sachs" bankı neft bazarında anbarların sürətlə dolmasının istehsalın kəskin azaldılmasına səbəb olacağını və bunun da, öz növbəsində, neft qiymətlərinin artmasına gətirib çıxaracağını proqnozlaşdırır.

Məlumata görə, volatillik yüksək qalacaq, lakin bazarda məlum səbəblərdən azalan istehsalın qiymət artımına gətirib çıxarması yaxın həftələrdə baş verəcəyi gözlənilir.

Qeyd edək ki, proqnozun sual altında olan tərəfi tələbin bərpa olunmasıdır. COVID-19 virusunun pandemiyasının yaratdığı iqtisadi şoklar nəticəsində hazırda bazarda müşahidə olunan yüksək volatillik bankın proqnozunun tez bir zamanda həyata keçməsinə mane olan əsas amildir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər