20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Çindən kompensasiya istəyənlərin sayı artır
Tarix: 22-04-2020 17:47 | Bölmə: İqtisadiyyat
Çindən kompensasiya istəyənlərin sayı artır

İtaliyanın “De La Poste” oteli Çinin Səhiyyə Nazirliyini məhkəməyə verərək pandemiya dövründə dəyən ziyana görə kompensasiya tələb edib.

“İnterfax” xəbər verir ki, otel İtaliyada Alp dağlarında Kortina-dAmpesso kurortunda yerləşir.

Bildirlib ki, iddia Bellyno məhkəməsinə təqdim edilib. İddiaya əsasən, Çinin Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatını koronavirusla bağlı vaxtında və ətraflı məlumatlandırmadığı üçün kurorta gələn minlərlə insanı müayinə etməyiblər. Bu isə çoxlu sayda insanın yoluxmasına və ölümünə səbəb olub. Otel cari il martın sonunda dağ xizəyi üzrə dünya kuboku yarışının qonaqlarını qəbul etməyə hazırlaşırmış. Dağ xizəyinin mövsümü zamanı otel koronavirusa görə martın 12-də bağlanıb, əməkdaşları işdən azad etməyə məcbur olub və bütün tədarükçülərlə müqavilələri pozub.

“De La Poste” dördulduzlu oteli şəhərin ortasında yerləşir. XIX əsrdə tikilib. Qışda ikiyerlik nömrənin sutkalıq kirayəsi 200-400 avrodur.

Məlumata görə, ABŞ-ın Missiri ştatı da Çin hökumətini məhkəməyə verib. Bu əyalət insan itkisi və iqtisadi ziyana görə bu ölkədən kompensasiya tələb edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər