Avropada qaz bahalaşır
Tarix: 05-01-2021 15:05 | Bölmə: İqtisadiyyat
Avropada qaz bahalaşır

Avropa qaz bazarı yeni ildə havaların soyuması və idxalatın azalması kimi başlıca amillərin təsirilə artım qeydə alınıb.

“İnterfax Ukraine” xəbər verir ki, Niderlandın TTF onlayn təbii qaz satışı platformunda ötəngünkü 244 USD/1000 kubmetrdən bu gün 253,5 USD/1000 kubmetrədək yüksəlib. Bu da 2019-cu ilin 25 yanvar tarixindən bu yana ən yüksək həddir. Dekabr ayında qazın orta qiyməti 202 dollar, noyabr ayında isə 168 dollar olub.

Qeyd edək ki, bu qış Avropada əvvəlki illərə nisbətən xeyli soyuq keçməsi və yanvar ayının birinci yarısında soyuqların davam edəcəyinin gözlənilməsi nəticəsində Avropada yeraltı anbarlardakı qaz sərfiyyatı xeyli artıb. Yanvarın 3-də 72,54 faiz olan cari ehtiyatlar dekabr ayının əvvəlindən 4,59 faiz, mövsümün əvvəlindən 6,75 faiz azalıb.

Bununla yanaşı, Rusiya təbii qazının Ukraynadan ötürülməsi kvotalarının dəyişməsi nəticəsində gündəlik ötyürmə həcmi dekabr ayındakı 183 milyon kubmetrdən bu il 125 milyon kubmetrədək geriləyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər