Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verib
Tarix: 22-01-2021 19:35 | Bölmə: İqtisadiyyat
Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verib

"Rosselxoznadzor" yanvarın 25-dən Azərbaycanın 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verib.

"Rosselxoznadzor"un verdiyi məlumata görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər