Azərbaycan-İran sərhədində dəmiryol terminalının inşasına başlanılır
Tarix: 25-01-2021 11:47 | Bölmə: İqtisadiyyat
Azərbaycan-İran sərhədində dəmiryol terminalının inşasına başlanılır

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlanacaq.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər