Mikayıl Cabbarov: "Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək"
Tarix: 25-01-2021 11:51 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək"

"Qarabağın dirçəlişi və bu bölgədə olan zəngin təbii sərvətlərimizin ölkəmizin iqtisadi sisteminə inteqrasiyası qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək".

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Xatırladaq ki, Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvüdür. Fondun Müşahidə Şurasına ölkənin ictimai-siyasi və mədəni sahədə çalışan 9 nəfər üzvü təyin edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər