Rusiyalı politoloq: "Regionda nəqliyyat xətlərinin açılması irimiqyaslı inkişafa təkan verəcək"
Tarix: 27-01-2021 18:55 | Bölmə: İqtisadiyyat
Rusiyalı politoloq: "Regionda nəqliyyat xətlərinin açılması irimiqyaslı inkişafa təkan verəcək"

"Yaxın gələcəkdə nəqliyyat xətlərilə bağlı müzakirələr gözlənilir. Bu məsələnin həlli Qarabağ bölgəsinin irimiqyaslı inkişafına təkan verəcək. Bu sahədə beynəlxalq əməkdaşlıq üçün də geniş perspektivlər görürəm. Amma bu yolda bir çox əngəllər də var, o cümlədən Ermənistanda bəzi qüvvələr itirdikləri əraziləri qaytarmaq üçün yenidən qarşıdurma yaratmaq istəyirlər. Bu meyllər gündəmdən büsbütün yox olandan sonra regionun inkişafı üçün böyük perspektivlər üzə çıxacaq".

Reyting.az
xəbər veriri ki, bu sözləri "Report"a rusiyalı politoloq Yevgeniy Mixaylov deyib.

Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın mühüm roluna toxunan ekspert bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında dərin qarşılıqlı hörmət var: "Bu da münaqişənin həllində mühüm rol oynadı".

Politoloqun qənaətincə, hazırda blokada şəraitində olan Ermənistanda əslində normal ticarət fəaliyyəti yoxdur: "Bütün nəqliyyat yollarının açılması Ermənistana çox böyük fayda verəcək".

Xatırladaq ki, dünən ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən "Atlantik Şurası" tərəfindən Qarabağ müharibəsinin nəticələrinə, regionda bundan sonrakı əməkdaşlıq perspektivlərinə həsr olunan vebinar keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regiondakı yeni geosiyasi vəziyyətdə əməkdaşlıq üçün yeni üfüqlər açıldığını bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər