Elman Rüstəmov: “Yeni inzibati binamızı öz hesabımıza tikəcəyik”
Tarix: 29-01-2021 15:55 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: “Yeni inzibati binamızı öz hesabımıza tikəcəyik”

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib.

O, bu barədə onlayn keçirdiyi mətbuat konfrasında danışıb.

“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük”, - qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər