Ermənistanın xarici dövlət borcu artır - Foto
Tarix: 30-01-2021 17:16 | Bölmə: İqtisadiyyat
Ermənistanın xarici dövlət borcu artır

Robert Köçəryanın Ermənistana prezidentlik etdiyi 1998-2008-ci illər ərzində ölkənin milli borcu 700 milyon dollar olub.

Reyting.az
xəbər verir ki, erməni iqtisadçısı Suren Parsyanın maraqlı faktlar açıqlayıb.

Onun məlumatına görə, Serj Sarkisyanın hakimiyyətdə olduğu 2008-2018-ci illərdə ölkənin xarici borcu 5 milyard ABŞ dollarına çatdıb.

Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi 2,5 il ərazində ölkənin xarici borcu daha 1,2 milyard dollar artıb.

Ümumən Ermənistanın xarici borcunun 2021-ci ildə 8 milyard dollara qədər artacağı proqnozlaşdırılır.



İqtisadçı qeyd edib ki, yalnız Levon Ter-Petrosyanın ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət borcu ilə bağlı etibarlı informasiya yoxdur. Ehtimal olunur ki, Levonun zamanında Ermənistanın ya xarici borcu olmayıb, ya da çox cüzi olub.

Parsyan əlavə edib ki, Qarabağ müharibəsi zamanı Ermənistanın silahlanmaya ödəməli olan maliyyənin məbləği haqqında da informasiya mövcud deyil.

Bəzi iqtisadçılar hesab edirlər ki, hər bir Ermənistan vətəndaşının xarici borcu 2700 dollardan az deyil. Bunun Ermənistan kimi bir ölkə üçün çox böyük borc olduğu bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər