Füzulidə beynəlxalq aeroportun uçuş-enmə zolağının tikintisinə başlanılıb
Tarix: 01-02-2021 13:02 | Bölmə: İqtisadiyyat
Füzulidə beynəlxalq aeroportun uçuş-enmə zolağının tikintisinə başlanılıb

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri aparılıb.

Reyting.az
xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağın, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyaların. Köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur.

Yeni hava limanının tikintisi çərçivəsində ilk növbədə uzunluğu 3 000 metr və eni 45 metr olan uçuş-enmə zolağının tikintisinə başlanılıb.

İşin təşkili maksimum sürətlə davam edəcək. Yazın gəlişindən sonra 24 saatlıq iş rejiminin təşkil ediləcəyi planlaşdırılır.

E. Hüseynov bildirib ki, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteorolojı avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanılıb və bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hala limanında quraşdırılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər