Bu malların aksiz dərəcələri artırılır
Tarix: 01-02-2021 17:11 | Bölmə: İqtisadiyyat
Bu malların aksiz dərəcələri artırılır

Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

Reyting.az-
ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə siqarillanın (nazik siqarlar) 1 000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər