Avrozona iqtisadiyyatı ötən il 6,8% kiçilib
Tarix: 02-02-2021 16:11 | Bölmə: İqtisadiyyat
Avrozona iqtisadiyyatı ötən il 6,8% kiçilib

2020-ci ildə Avropa Ittifaqının (Aİ) iqtisadiyyatı 6,4%, vahid valyutadan (avro) istifadə edən avrozonanın iqtisadiyyatı isə 6,8% kiçilib.

Bu barədə Avropa Statistika İdarəsinin ("Eurostat") hesabatında bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, ötən ilin IV rübündə Aİ-da mövsümdən asılı olmayan ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki rübə nisbətən 0,5%, illik müqayisədə isə 4,8% az olub. Avrozoda isə azalma templəri müvafiq olaraq 0,7% və 5,1% təşkil edib/Report.

Xatırladaq ki, ötən ilin II rübündə Aİ-nın iqtisadiyyatı 11,4%, avrozona iqtisadiyyatı 11,7% kiçilmiş, III rübdə isə Aİ iqtisadiyyatı 11,5%, Avrozona iqtisadiyyatı isə 12,4% böyümüşdü.

2020-ci ildə Avropada iqtisadiyyatı ən çox kiçilmiş ölkə İspaniya olub - 9,1%. Avstriyada 7,8%,İtaliyada 6,6%, Portuqaliyada 5,9%, Fransada isə 5% iqtisadi geriləmə qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər