Xidmət rəisi: "Azərbaycanın su ehtiyatları zəngin deyil"
Tarix: 02-02-2021 16:28 | Bölmə: İqtisadiyyat
Xidmət rəisi: "Azərbaycanın su ehtiyatları zəngin deyil"

“Yeraltı və yerüstü su ehtiyatlarına görə Azərbaycan zəngin ölkələr sırasına aid deyil. Ona görə də bu sahədə böyük kəşfiyyat işləri aparılır. Ölkədə 11 belə su yataqları var. Həmin yataqlar vasitəsilə ölkənin içməli su ehtiyatı təmin edilir”.

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, real vəziyyət geoloji kəşfiyyat işlərində ciddi dəyişikliklərin edilməsinə zəmin yaradıb: “İşğaldan azad edilən ərazilərdə ən yaxın gələcəkdə mövcud mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqlərin aparılması əsas prioritet məsələlərdəndir”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər