Natiq Cəfərlidən proqnoz: "Dolların alıcılıq qabiliyyəti düşməkdə davam edəcək"
Tarix: 04-02-2021 17:47 | Bölmə: İqtisadiyyat
Natiq Cəfərlidən proqnoz: "Dolların alıcılıq qabiliyyəti düşməkdə davam edəcək"

“Belə bir xəbər yayılıb: “ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər”. Bizim bəzi saytlar və mətbuat da sevincək xəbəri paylaşırlar, heç kim də mənasını tuta bilmir”.

Reyting.az
 xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, 30 il bundan öncə ABŞ-da populyar olan “Ford Mustang” avtomobilinin salondan satış qiyməti 10 810 dollar olub (baza model). Bu gün 2020-ci ildə istehsal edilmiş “Ford Mustang”ın baza modelinin salondan satış qiyməti 70 300 dollardır, yəni bugünkü qiymətlə 30 il əvvəlki qiymət arasında 6,5 dəfə fərq var. Hətta 1964-cü ildə həmin maşının qiyməti 2 368 dollar idi, yəni 1991-ci ildən 4,5 dəfə, 2021-ci ildən isə 29,5 dəfə ucuz olub:

"Yəni dostlar, dolların alıcılıq qabiliyyəti daim düşür, düşməkdə də davam edəcək, çünki ABŞ-ın ən böyük və uğurlu “ixrac” məhsulu olan dollar daha çox çap olunacaq, dünya da həmin dollarları “udmağa” davam edəcək.

Əgər Ford qiymətləri analogiyası ilə baxsaq, 2050-ci ildə-30 ildən sonra 173 dollar indiki 26,5 dollara bərabər ola bilər, bəlkə daha aşağı rəqəm də görə bilərik. O zaman bu ajiotajın adı nədir?!”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər