“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər açıqlanıb
Tarix: 05-02-2021 18:01 | Bölmə: İqtisadiyyat
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər açıqlanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Reyting.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar ayında AÇG yatağından 244,946 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

O cümlədən, hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar ayında əldə olunan gəlir 3,538 milyon ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər