10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Daha 64 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 08-02-2021 18:14 | Bölmə: İqtisadiyyat
Daha 64 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 2 mart tarixində təşkil ediləcək.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq mümkündür.




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb