09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Nazir: "OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilir"
Tarix: 12-02-2021 12:17 | Bölmə: İqtisadiyyat
Nazir: "OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilir"

“2020-ci il həm dünya həm də Azərbaycan üçün qlobal çağrışlarla dolu il oldu. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb oldu və onun təsirindən Azərbaycanın ÜDM-si 4,3 % azalıb”.

Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb:

“Bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib. 2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”.




Bölməyə aid digər xəbərlər