21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Azərlotereya"nın idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
Tarix: 27-02-2021 16:21 | Bölmə: İqtisadiyyat
"Azərlotereya"nın idarəetməyə verilməsinə dair müqavilə imzalanıb

Bu gün İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC-nin Türkiyənin “Demirören Holdinq”inə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.

Reyting.az
xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, mart ayının 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən preferensial ticarət sazişi ölkələrimiz arasında olan ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək:  “İki gün sonra biz ikitərəfli münasibətlərimizdə daha bir əlamətdar tarixi yaşayacağıq. Bizim qarşımızda çox iddialı bir hədəf var. 2025-ci il üçün ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmalıyıq”.

Mikayıl Cabbarov bildirib ki, “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam dövlət şirkətlərinin fəaliyyətinin yenidən qurulması çərçivəsində qəbul olunmuş mühüm qərarlardandır.

Onun sözlərinə görə, müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan növbəti addımdır. Həmçinin, xarici investorların cəlbi “Azərlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, iqtisadi səmərəsini artıracaq.

Nazir onu da diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatında 11 milyard manat sərmayə qoyuluşu ilə fəal rol oynayır.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “Azərlotereya” ASC tərəfdaşa 10 il müddətində icarəyə veriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər