12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bankların aktivləri təzyiq altındadır - "Fich"
Tarix: 22-12-2017 09:24 | Bölmə: İqtisadiyyat
Bankların aktivləri təzyiq altındadır

2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.

Bu barədə "Fich" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" adlı hesabatında deyilir.

Buna baxmayaraq, "Fitch" qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır:

"2017-ci ildə Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansından toksik aktivlərin çıxarılması ilə bağlı mühüm qərar verib. Lakin digər borcverənlər də restrukturizasiya olunmuş və xarici valyutada olan böyük portfelləri ilə bağlı tədbir görməlidirlər".

Hesabat müəllifləri qeyd edir ki, Azərbaycan banklarının reytinq üzrə proqnozunun "stabil" olması onların reytinqinin aşağı səviyyədə olmasını əks etdirir.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər