12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bu aydan pensiyalar 6.2 faiz artacaq - İqtisadçı
Tarix: 15-01-2018 11:19 | Bölmə: İqtisadiyyat
Bu aydan pensiyalar 6.2 faiz artacaq

Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6,2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq:

"Yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var.

Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək.

İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq”.

V. Bayramov qeyd edib ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunsa da, yeni qanunvericilikdə artıq bu anlayışdan istifadə edilmir. Bu ildən isə məbləğindən asılı olmayaraq, artım bütün pensiya məbləğinə tətbiq ediləcək: “Bu o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər