20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Sığorta şirkətinin rəhbəri istefa verib
Tarix: 02-09-2022 10:07 | Bölmə: İqtisadiyyat
Sığorta şirkətinin rəhbəri istefa verib

"AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov şirkətdən ayrılıb.

Reyting.az
"APA-Economics"ə istinadla xəbər verir ki, Orxan Məmmədov sentyabrın 2-dən öz ərizəsi ilə işdən çıxıb.

Səhmdarların növbəti qərarına qədər İH-nin sədr vəzifəsinin müvəqqəti icrası İH-nin sədr müavini Xətai İsmayılova tapşırılıb.

Qeyd edək ki, O. Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər