20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İfaçıdan “Misli” və “Azərlotereya”ya etiraz: "...üzümə tüpürərlər”
Tarix: 02-09-2022 16:51 | Bölmə: İqtisadiyyat
İfaçıdan “Misli” və “Azərlotereya”ya etiraz: "...üzümə tüpürərlər”

Tanınmış ifaçı Elvin Nasir “Azərlotereya”nın sponsorluğundan imtina edib.

Bu haqda sənətçi özü məlumat paylaşıb.

Son dövrlər “Yol verin qazi gəlir” mahnısı ilə məşhurlaşan Elvin Nasir “Misli” və “Azərlotereya” qumarından imtina etdiyini açıqlayıb.

Bu haqda əldə etdiyimiz bir başqa məlumata görə, sənətçi qərarını belə izah edib – “İzləyicilərimin əksəriyyəti şəhid anaları, qazilər və müharibədə vuruşmuş igidlərdir. Ona görə qumar şirkətini özümə sponsor etsəm, üzümə tüpürərlər”.

Qeyd edək ki, “Misli” və “Azərlotereya” etdiyi biabırçılıqlara don geyindirmək üçün ciddi imicli sahələrə, cəmiyyətdə tanınan şəxslərə sponsorluq etməklə özünü təmizə çıxarmağa can atır.

Amma hər gün onlarla ailənin evini yıxmaqla təmiz çıxmaq olmaz. Çünki “Azərlotereya” və “Misli” aşkar şəkildə qumar təşkil edir. Artıq son vaxtlar küçələrdə qumar oynayanların sayı da azalıb. Bu da səbəbsiz deyil.

İnsanlar anladılar ki, “Poz, qazan” və digər uduşlar fırıldaqdır, qazanmaq olmur, ortada cibdəki qəpik-quruş gedir. Şirkət minlərlə insanı belə tora salmışdı və milyonlar qazanmaqda idi. İndisə kifayət qədər işləri zəifləyib/tia.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər