Ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etmək icazəsi verilib
Tarix: 08-09-2022 08:22 | Bölmə: İqtisadiyyat
Ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etmək icazəsi verilib

Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində cümə axşamı ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-yə istinadla “İnterfaks” məlumat yayıb.

Bildirilir ki, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində ümumilikdə 83 241 ton taxıl və digər ərzaq məhsulları daşıyan beş gəminin yola salınmasına icazə verib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukraynanın üç limanından - Çernomorsk, Odessa və Yujnıdan taxıl ixracı üçün dəhlizin yaradılmasına dair iki sənəd imzalanıb.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}