Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana gəlir
Tarix: 08-09-2022 11:11 | Bölmə: İqtisadiyyat
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana gəlir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 11-13-ü aralığında Azərbaycana səfər edəcək.

Reyting.az
xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı dövlət qurumlarında görüşlər keçirəcək.

Məlumata görə, səfər zamanı əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək.

Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 181 layihə çərçivəsində 3,6 mlrd. avrodan çox yatırım edib. Portfelin 89%-ni dayanıqlı infrastruktura yatırımlar, 8%-ni sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni maliyyə institutlarına yatırımlar təşkil edir.(APA)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}