14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiya rəsmisi: "Şimal-Cənub dəhlizi ilə bağlı təkliflər hazırlanmalıdır"
Tarix: 09-09-2022 12:42 | Bölmə: İqtisadiyyat
Rusiya rəsmisi: "Şimal-Cənub dəhlizi ilə bağlı təkliflər hazırlanmalıdır"

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya, Azərbaycan və İranın üçtərəfli əməkdaşlıq siyasətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Bakıda Azərbaycan və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.

"Dəhlizin nəqliyyat və logistika imkanlarının tamformatlı istifadəsi ölkələr üçün ticari-iqtisadi imkanlar açacaq. 2-3 ay ərzində dəhlizin inkişafı çərçivəsində "dar" məqamların həllinə dair təkliflər hazırlanmalıdır. Maliyyələşdirmə, idarəetmə və operatorluq məsələləri də həll olunmalıdır. Bunlar hamısı tamformatlı dövlətlər arası razılaşmanın əldə olunması istiqamətində vacibdir", - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}