14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanla EBRD arasında yeni sənədlər imzalayıb
Tarix: 12-09-2022 18:05 | Bölmə: İqtisadiyyat
Azərbaycanla EBRD arasında yeni sənədlər imzalayıb

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.

Nazir bildiirb ki, imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirib:

"Görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Bu gün imzalanan sənədlərə əsasən isə, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}